BAKI, 24 dekabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Sudanın Suverenlik Şurasının sədri Əbdülfəttah Əl-Burhanı Türkiyəyə işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında məlumat yayıb.
"Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan Əbdürrəhman əl-Burhan Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul edərək 25 dekabr 2025-ci il tarixində ölkəmizə işgüzar səfər edəcək Keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Sudandakı cari inkişaflar, ölkədəki humanitar vəziyyət və regional sabitliyin təmin olunması istiqamətində atıla biləcək addımlar müzakirə ediləcək",- deyə məlumatda bildirilib.