BAKI, 24 dekabr. TELEQRAF

Liviya Müdafiə Nazirliyinin nümayəndələri təyyarə qəzasında həlak olan şəxslərin nəşlərini təhvil almaq üçün Ankaraya gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Liviyadan gələn nümayəndələrin və həlak olanların ailələrini qaldıqları hoteldə ziyarət ediblər.

Nazir Yaşar Gülər və Səlcuq Bayraktaroğlu baş vermiş ağır qəza ilə əlaqədar dərin üzüntülərini ifadə edərək Liviya xalqına və həlak olanların ailələrinə başsağlığı veriblər.