BAKI, 25 dekabr. TELEQRAF

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə maraqlı dialoqu yaşanıb.

Teleqraf ölkə rəhbərliyi ilə vətəndaş Mahir Hüseynov arasında yaşanan səmimi dialoqu təqdim edir:

- Maarif Hüseynov: Öpürəm Sizi. Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Ağdamın əhalisi səni çox istəyir, sənin arxandadır, necə deyim, ürəyin istəyən qədər sənə köməyi var. Öpürəm səni, öpürəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Bilirsiniz, biz Eyvazxanbəylidə də gözəl bir mərkəz yaradacağıq.

Maarif Hüseynov: Sağ olun, bilirəm, bilirəm.

Prezident İlham Əliyev: Yəni atın əsl vətəni oradır da, bilirsiniz.

Maarif Hüseynov: Oradır, amma inanın ki, o nəslin korlanmasının qarşısını alan birinci növbədə Ulu Öndərimiz Heydər Əliyev oldu.

Prezident İlham Əliyev: Amma siz o vaxt o atları çıxarmasaydınız, onlar batacaqdı.

Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.

Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).

Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: İki uşağı var.

Sakinlər: Allah saxlasın.

Prezident İlham Əliyev: İki oğul.