BAKI, 24 dekabr. TELEQRAF
Kamboca və Tayland arasında danışıqlar başlayıb .
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Tayland Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Surasant Konqsiri bildirib ki, görüşün nəticəsi Kambocanın mövqeyindən asılıdır.
Kamboca tərəfi də danışıqlar prosesinin başlandığını təsdiqləyərək, hərbi əməliyyatlara son qoyulacağına, sabitliyin bərpa olunacağına ümidini ifadə edib.
Danışıqlar 27 dekabr şənbə gününə qədər davam edəcək. Görüş Taylandın Çantaburi əyalətindəki sərhəd keçid məntəqəsində keçirilir .
Dekabrın 8-də Kamboca Taylandın Buriram əyalətindəki mülki ərazilərə hücum edib. Bir gün əvvəl sərhəd boyunca iki ölkə arasında münaqişə baş verib. Taylandın Anupong hava bazasına edilən hücum nəticəsində hərbçilər xəsarət alıb. Buna cavab olaraq Tayland F-16 qırıcı təyyarələrini havaya qaldırıb və onlar Çonq An Ma ərazisindəki Kamboca artilleriyasına zərbələr endiriblər.