BAKI, 24 dekabr. TELEQRAF

Rusiya Ukrayna və ABŞ tərəfindən razılaşdırılmış sülh planını danışıqların davam etdirilməsi üçün başlanğıc nöqtəsi kimi görür , çünki planda Rusiya üçün vacib olan müddəalar yoxdur və bir çox sualları cavabsız qoyur.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg2 Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Rusiya hazırkı sənədi Ukraynanın maraqlarına cavab plan hesab etsə də, onu son dərəcə ciddi şəkildə araşdıracaq.

"Rusiya sənəddə NATO-nun şərqdən kənar genişlənməsi və Ukraynanın Aİ-yə qoşulacağı təqdirdə neytral statusu ilə bağlı zəmanətlərin olmamasından narazıdır. Sülh planında Ukrayna ordusunun sayı və ya silah növlərinin məhdudiyyətləri göstərilməyib. Kiyevin ölkədə rus dilinin statusu ilə bağlı aydın öhdəlikləri də yoxdur. Nəhayət, Rusiya sanksiyaların qaldırılması və Avropada dondurulmuş aktivlərin qaytarılması ilə bağlı aydınlıq istəyir" - məqalədə bildirilir.

Dekabrın 24-də Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Vaşinqtonla razılaşdırdığı sülh planının tam versiyasını ictimaiyyətə açıqlayıb. Sənəd 20 bənddən ibarətdir. Sənəddə Ukrayna və Avropa üçün təhlükəsizlik zəmanətləri, Ukrayna Silahlı Qüvvələrinin dinc dövrdə sayının 800 min nəfər olaraq müəyyən edilməsi və yaxın gələcəkdə prezident seçkilərinin keçirilməsi öz əksini tapıb.