BAKI, 14 dekabr. TELEQRAF

Tehranda Əfqanıstanla həmsərhəd ölkələrin nümayəndələrinin iştirakı ilə görüş baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Tədbirdə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov da iştirak edib. Görüşün əsas mövzusu Əfqanıstanda vəziyyətin normallaşdırılması olub.

Əraqçi bildirib ki, məqsəd Əfqanıstan hökuməti ilə region ölkələri arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təmin edilməsidir. Onun sözlərinə görə, ölkədə sabitlik yalnız üçüncü tərəflərin müdaxilə etməməsi şərti ilə mümkündür.

Nazir həmçinin qeyd edib ki, NATO və ABŞ qüvvələrinin uzunmüddətli mövcudluğu Əfqanıstan xalqına ciddi əzablar gətirib.