BAKI, 8 dekabr. TELEQRAF
ABŞ və İran arasında razılaşdırılmış deportasiya proqramı davam edir.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.
Məlumatda bildirilir ki, ABŞ-dən təxminən 50 İran vətəndaşını daşıyan ikinci xüsusi reys Arizona ştatından havaya qalxıb. Təyyarə Misir və Küveytdə texniki dayanacaqlar edəcək.
Məlumata görə, bu reysdə təkcə iranlılar deyil, həm də Rusiya və bir sıra ərəb ölkələrinin vətəndaşları var. Onların Qahirədə təyyarəni tərk edəcəyi bildirilir.
Bu, cari il üçün ikinci deportasiya reysidir. Sentyabrda ABŞ təqribən 100 iranlını ölkədən çıxarmışdı. Nəşr qeyd edir ki, hazırda ABŞ-də təxminən 2 min İran vətəndaşı deportasiya qərarının icrasını gözləyir.