BAKI, 7 dekabr. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi hu gün Azərbaycana işgüzar səfərə gəlir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində İran XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Qeyd edilib ki, danışıqlarda həm ikitərəfli məsələlər, həm də regional və beynəlxalq problemlər müzakirə olunacaq.