BAKI, 5 dekabr.

ABŞ Apellyasiya Məhkəməsi Prezident Donald Trampın administrasiyasına Vaşinqtonda Milli Qvardiya qüvvələrini saxlamağa müvəqqəti icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə məhkəmə sənədinə istinadla məlumat verilib.

Qərara əsasən, Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsi 20 noyabr 2025-ci il tarixli aşağı instansiya məhkəməsinin qərarının icrasını növbəti göstərişədək inzibati qaydada dayandırıb.

Xatırladaq ki, bundan əvvəl Kolumbiya dairəsinin dairə məhkəməsi Tramp administrasiyasının Vaşinqtonda Milli Qvardiyanı yerləşdirməsini müvəqqəti olaraq bloklamışdı. Apellyasiya instansiyasının son qərarı isə paytaxtda hərbi kontingentin saxlanılmasına imkan verir.