BAKI, 3 dekabr. TELEQRAF
Moldova Prezidenti Maya Sandu ölkənin Kişinevdəki “Rus Evi”nin fəaliyyətinə dair Rusiya ilə bağlanmış sazişdən imtina olunması barədə qərarı təsdiqləyib.
Teleqraf xəbər verir ki, sənəd "Rəsmi Bülleten"də dərc olunub.
Parlamentin qəbul etdiyi qərara əsasən, Moldova Xarici İşlər Nazirliyinə respublikanın sazişdən birtərəfli qaydada çıxması barədə Rusiyaya rəsmi məlumat vermək tapşırılıb.