BAKI, 2 dekabr. TELEQRAF
Kolumbiya bir neçə günlük fasilədən sonra Venesuela ilə hava əlaqəsini bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro "X" hesabında paylaşım edib.
Q. Petro ABŞ-nin suveren ölkənin hava məkanını bağlamaq hüququ olmadığını bildirib:
"Siz bunu öz aviaşirkətlərinizlə edə bilərsiniz, amma dünyanın aviaşirkətləri ilə yox. Kolumbiya Venesuela ilə mülki hava əlaqəsini bərpa edir",- paylaşımda qeyd olunub.
Kolumbiya lideri digər ölkələri də hava əlaqəsini kəsməməyə çağırıb.
Qeyd edək ki, noyabrın 29-da ABŞ Venesuela hava məkanının bağlandığını elan etmişdi.