BAKI, 2 dekabr. TELEQRAF
Honq Konq hakimiyyəti yaşayış kompleksində baş vermiş və azı 151 nəfərin həyatına son qoymuş güclü yanğının səbəblərinin araşdırılması üçün müstəqil komitə yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin administrasiya rəhbəri Con Li açıqlama verib.
O bildirib ki, cinayət və yanğınla bağlı istintaqlar paralel davam etdiyi halda, yaradılacaq müstəqil komitə hadisənin bütün təfərrüatlarını araşdıracaq, tikinti işləri sistemini nəzərdən keçirəcək və gələcəkdə oxşar faciələrin qarşısının alınması üçün təkliflər hazırlayacaq.
Komitənin müstəqilliyini təmin etmək üçün onun şəhər hakimlərindən birinin rəhbərliyi altında fəaliyyət göstərəcəyi, istintaqın nəticələrinin isə tam şəkildə ictimaiyyətə açıqlanacağı qeyd olunub.