BAKI, 30 noyabr. TELEQRAF

Meksikada La Resaka barına edilən silahlı hücum nəticəsində 6 nəfər ölüb, 8 nəfər isə ağır yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə El Universal nəşri məlumat yayıb.

Hadisə zamanı yeddi nəfərdən ibarət qrup bara girərək avtomat ilə atəş açıb. Hüquq-mühafizə orqanları cinayəti araşdırır və hücum edənləri müəyyən edib saxlaması üçün əməliyyat tədbirləri həyata keçirir.