BAKI, 29 noyabr. TELEQRAF

Honq Konqda yüksək mərtəbəli yaşayış binasında baş vermiş yanğında 128 nəfərin öldüyü təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hadisə nəticəsində daha 200 nəfər itkin düşüb.

Qeyd olunub ki, şəhərin son 80 ildə baş vermiş ən böyük yanğını ilə bağlı istintaq aparılır.

Mümkün korrupsiya halları və “Wang Fuk Court” kompleksində təmir zamanı təhlükəsiz olmayan materiallardan istifadənin araşdırılması məqsədilə 11 nəfər həbs edilib.