BAKI, 28 noyabr. TELEQRAF
Çinin Honq Konq şəhərində baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 94 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Hon Konq Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.
Yanğın çərşənbə günü "Wang Fuk Court" adlı, səkkiz hündürmərtəbəli binadan ibarət yaşayış kompleksində başlayıb.
Alov binaların üzərində aparılan kosmetik təmir işləri üçün quraşdırılmış bambuk tikinti quruluşları vasitəsilə sürətlə yayılıb. Kompleksdə təxminən 4 minə yaxın insan yaşayırdı.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.