BAKI, 23 noyabr. TELEQRAF

ABŞ Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin verilməsini müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, bu addım mümkün sülh razılaşması halında Kiyevin təhlükəsizliyinin təminatı kimi dəyərləndirilir.

“Raketlərin tədarükü Avropa ölkələrinin hərbi kontingentinin Ukraynada yerləşdirilməsinə alternativ variant kimi nəzərdən keçirilir. Vaşinqton hesab edir ki, bu üsul Rusiyanın kəskin etirazına səbəb olan xarici qoşunların yerləşdirilməsi ideyasını yumşalda bilər”,- məlumatda qeyd olunub.