BAKI, 23 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabr ayından bəri 1,1 milyard dollar azalıb və hazırda 6,2 milyard dollar təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
Sərvətin azalması “Trump Media and Technology Group” şirkətinin səhmlərinin qiymətinin düşməsi ilə bağlıdır. Sentyabr ayında səhmlər təxminən 17 dollara ticarət olunurdusa, indi onların qiyməti 10,3 dollar təşkil edir.