BAKI, 16 noyabr. TELEQRAF
NATO Rusiyanın Burevestnik raketini ciddi təhlükə hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" NATO hesabatına istinadən məlumat verib.
Qeyd olunur ki, NATO Rusiyanın yeni nüvə enerjisi ilə işləyən, qeyri-məhdud mənzilli strateji qanadlı "Burevestnik" raketlərini təhlükəsizliyə ciddi təhdid hesab edir.
Nəşr qeyd edir ki, Rusiya nüvə arsenalının modernləşdirilməsini başa çatdırıb. İndi Moskvanın sərəncamında sualtı qayıqlar, qanadlı və orta mənzilli raketlər də daxil olmaqla bir neçə təkmilləşdirilmiş silah var.
Sənəddə artıq yerləşdirməyə hazır olan “Burevestnik” raketləri ilə bağlı narahatlıq ifadə edilir. NATO onların təhlükə yaratdığına inanır, çünki onlar yüksək manevr qabiliyyətinə malikdirlər və saatda 900 kilometr sürətə çata bilirlər.
Oktyabrın sonunda Rusiya qeyri-məhdud məsafə qət edə bilən dünyada ilk nüvə mühərrikli qanadlı raketi olan “Burevestnik”in sınaqlarının uğurla başa çatdığını elan edib. ABŞ bu raketi “kiçik Çernobıl” adlandırılıb.