BAKI, 13 noyabr. TELEQRAF

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukrayna lideri Volodimir Zelenskidən onu “mülki girovlar” siyahısına əlavə etməyi xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

“2019-cu ildə qanunsuz olaraq ləğv edilmiş vətəndaşlığımı qaytardığınız kimi, məni Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri olaraq "mülki girovlar" siyahısına daxil etməyinizi sizdən xahiş edirəm.