BAKI, 10 mart. TELEQRAF
Martın 9-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığı zamanı Ukrayna mövzusu da müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset məlumat verib.
“Prezident Trampın dünya liderləri ilə güclü əlaqələri var, bu da bizə imkanlar və seçimlər verir. Prezident bunun yaxşı söhbət olduğunu söylədi. Həmin söhbətdə iştirak etməmişəm, amma deyirlər, yaxşı olub. Ümid edirik ki, bu söhbət zamanı Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması ehtimalı təsdiqlənib”, - müharibə naziri qeyd edib.