BAKI, 10 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ruveys sənaye zonasında yerləşən ən böyük neft emalı zavodu pilotsuz uçuş aparatı hücumundan sonra baş verən yanğın səbəbindən fəaliyyətini dayandırıb.

Teleqraf “Bloomberg”ə istinadən xəbər verir ki, Abu-Dabi Milli Neft Şirkəti (ADNOC) müəssisədə dəymiş ziyanı qiymətləndirir.

Şirkət məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Ruveys neft emalı zavodu gündə 922 min barel neft emal etmək gücünə malikdir.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə başlayan qarşıdurmalar Fars körfəzi regionunda enerji obyektlərinin fəaliyyətində bir sıra fasilələrə səbəb olub. Səudiyyə Ərəbistanı ötən həftə ən böyük neft emalı zavodunu bağlayıb, Qətər isə pilotsuz uçuş aparatları hücumlarından sonra dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracı obyektini dayandırıb.