BAKI, 10 mart. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) HIMARS reaktiv yaylım atəş sistemlərindən istifadə ilə bağlı açıqlamasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir qeyd edib ki, CENTCOM ABŞ-nin Yaxın Şərq ölkələrinin ərazilərindən istifadə edərək HIMARS sistemlərini İrana qarşı tətbiq etdiyini etiraf edib.
“Əhalimizə qarşı HIMARS sistemlərini yerləşdirmək üçün qonşularımızın ərazilərindən istifadə etdiyinizi etiraf etdiyinizə görə təşəkkür edirəm”, - deyə Əraqçi yazıb.
O əlavə edib ki, İran bu sistemləri öz raketləri ilə məhv edərsə, bundan sonra heç kim buna etiraz etməməlidir.