BAKI, 12 noyabr. TELEQRAF
Noyabrın 11-də Pakistanın paytaxtı İslamabadda 12 nəfərin həlak olması, 27 nəfərin isə yaralanması ilə nəticələnən terror aktına görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan" (Pakistan Talibləri Hərəkatı) qruplaşması öz üzərinə götürüb.
Teleqraf xəbər verir ki, bu barədə "Business Recorder" məlumat yayıb.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi bildirib ki, məhkəmə binasına daxil olmağa cəhd edən kamikadze üzərindəki partlayıcı qurğunu polis avtomobilinin yaxınlığında partladıb.
Xatırladaq ki, “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması əsasən ölkənin şimal-qərb bölgələrində və Əfqanıstanla sərhəddə fəaliyyət göstərir.