BAKI, 11 noyabr. TELEQRAF

Gürcüstanın daxili işlər naziri Geka Geladze bu gün səhər saatlarında Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı əraziyə gəlib.

Teleqraf xəbər verir ki, Gürcüstan-Azərbaycan sərhədində yerləşən Sığnagi bələdiyyəsinin ərazisinə gələn Geka Geladze ilkin vəziyyətlə tanış olub.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan sərhədindən təxminən 5 kilometr aralıda, Siqnaxi bələdiyyəsinin ərazisində qəzaya uğrayıb.

Gürcüstan Hava Naviqasiya Xidmətinin məlumatına görə, Türkiyənin C-130 təyyarəsi xəbərdarlıq göndərmədən Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra radarlardan itib.