BAKI, 10 noyabr. TELEQRAF

Birləşmiş Ştatlar Suriyaya qarşı sanksiyaları dayandırır və ixrac nəzarətini yumşaldır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Noyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriya lideri Əhməd əl-Şaraa ilə görüşüb.

Əl-Şaraa Trampı ölkəsinə qarşı tətbiq edilən iqtisadi məhdudiyyətləri aradan qaldırmağa inandırmağa çalışıb.