BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Kolumbiyadan gətirilən məhsullara qarşı gömrük rüsumlarının artırılacağını elan etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində məlumat verib.
Tramp planını 20 oktyabrda açıqlayacaq.
ABŞ lideri Kolumbiyanı “narkotik istehsal edən maşın” adlandıraraq, bu ölkədə böyük miqdarda kokain istehsal olunduğunu və bütün dünyaya yayıldığını bildirib.
Daha əvvəl Tramp Kolumbiya Prezidenti Qustavo Petronu narkotik istehsalını təşviq etməkdə ittiham edib və ABŞ-nin bu ölkəyə göstərdiyi maliyyə dəstəyinin dayandırıldığını açıqlayıb.