BAKI, 17 oktyabr. TELEQRAF

Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində avtomobil yağları istehsal və qablaşdırma müəssisəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yanğının əhatə etdiyi sahə təxminən 2,5 min kvadratmetrdir.