BAKI, 16 oktyabr. TELEQRAF
Qəzzaya humanitar yardım daşıyan 17-ci “yaxşılıq gəmisi” Misirin Əl-Ariş limanına yaxınlaşıb.
Teleqraf xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası və 17 qeyri-hökumət təşkilatının dəstəyi ilə hazırlanan “Akdeniz” adlı gəmi təxminən 900 ton ərzaq məhsulu ilə yola çıxıb.
Gəmi dünən Mersin Beynəlxalq Limanından dua və mərasimlə yola salınıb.
Limana çatdıqdan və prosedurlar tamamlandıqdan sonra yardımlar boşaldılacaq və quru yolu ilə Qəzzaya göndəriləcək.
Yardımlar arasında uşaq qidası, tez istehlak olunan qidalar və konserv məhsulları yer alır.