BAKI, 13 oktyabr. TELEQRAF

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza sektoruna təxminən 1 milyon insanı təmin edəcək qədər ərzaq yardımı göndərib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.

Məlumata görə, atəşkəs sazişinin qüvvəyə mindiyi ilk günlərdə çatdırılan ərzaq yardımı anklav əhalisinin yarısını, təxminən 1 milyon nəfəri qidalandıra bilər.

“Bizim kifayət qədər ehtiyatımız, maliyyə vəsaitimiz və yardımın çatdırılması üçün personalımız var”, - agentliyin bəyanatında qeyd olunur.

Həmçinin vurğulanıb ki, Qəzza sektorunda 75 illik fəaliyyət təcrübəsi sayəsində təşkilat yardımın bölgə üzrə səmərəli paylanması üçün zəruri biliklərə və infrastruktur şəbəkəsinə malikdir.

“Bizə sadəcə İsrail hakimiyyətindən yaşıl işıq lazımdır,” - agentlik bəyan edib.