BAKI. 10 oktyabr, TELEQRAF

“Nobel Sülh Mükafatı Komitəsinin qərarları mükafatın etibarına böyük zərbə vurub”.

Teleqraf “RİA "Novosti”yə istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Tacikistana dövlət səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

“Elə hallar olub ki, komitə sülh naminə heç bir iş görməyən insanlara Nobel Sülh Mükafatı verib. Fikrimcə, bu qərarlar bu mükafatın nüfuzuna çox böyük zərbə vurub”, - Rusiya lideri bildirib.

ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına layiq olub-olmaması ilə bağlı jurnalistlərin suallarını cavablandıran Putin bildirib ki, mükafatı kimin alacağına qərar vermək onun ixtiyarında deyil.

Qeyd edək ki, bu gün Venesuela müxalifət lideri Maria Korina Maçado ölkədə demokratiyanın qorunmasındakı fəaliyyəti və sülh tərəfdarı mövqeyi ilə 2025-ci ilin Nobel Sülh Mükafatına layiq görülüb.