BAKI, 10 oktyabr. TELEQRAF

Peru Konqresi ölkə prezidenti Dina Boluarteyə qarşı impiçment təşəbbüsünü müzakirəyə qəbul edib.

Teleqraf xəbər verir ki, yerli parlamentin iclası "YouTube" kanalında paylaşılıb.

İclasda impiçment təklifi ümumi deputatların beşdə dördü tərəfindən dəstəklənib. Bu addım təhlükəsizlik sahəsində yaranan böhran fonunda atılıb.

Qəbul edilmiş prosedura əsasən, Konqres bundan sonra təşəbbüsü birbaşa mahiyyəti üzrə müzakirə etməyə başlaya bilər.