BAKI, 8 oktyabr. TELEQRAF
İsveç Kral Elmlər Akademiyası 2025-ci il Kimya üzrə Nobel Mükafatının qaliblərini elan edib.
Teleqraf xəbər verir ki, alimlər Susumu Kitagava, Riçard Robson və Ömər Yaqi “metal-üzvi çərçivələrin inkişafı” mövzusundakı işlərinə görə kimya üzrə 2025-ci il Nobel mükafatını qazanıblar.
Üç alim molekulların daxil olub çıxması üçün geniş boşluqlara malik metal çərçivələr (MOF) hazırladı. Bu strukturlar səhra havasından suyun toplanması, çirkləndiricilərin təmizlənməsi, karbon qazının tutulması və hidrogenin saxlanması kimi tətbiqlərə imkan verə bilər.
