BAKI, 6 oktyabr. TELEQRAF
Rusiya Ukraynanın Sumı şəhərində dronla Kovpakovsk rayonundakı tibb müəssisəsini hədəf alıb.
Teleqraf xəbər verir ki, bu barədə Sumı Hərbi Administrasiyasının rəhbəri Oleg Qriqorov bildirib.
Onun sözlərinə görə, hücum zamanı müəssisədə 166 nəfər olub, onlardan 11-i uşaqdır:
"Hücum başlayandan bütün insanlar sığınacaqdadır və ilkin məlumata görə, xəsarət alan yoxdur. Təkrar hücum təhlükəsi hələ də qalır və vətəndaşlar sığınacaqlarda qalmağa çağırılır".