BAKI, 6 oktyabr. TELEQRAF

Fransa Baş naziri Sebasten Lekornu hökumətin yeni tərkibinin elanından bir neçə saat sonra istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, Prezident Emmanuel Makron Lekornun istefasını qəbul edib.

Xatırladaq ki, hökumətin yeni tərkibi bir gün əvvəl açıqlanmışdı. Sebasten Lekorn bundan əvvəl Fransiyanın müdafiə naziri vəzifəsini icra edib və sentyabrın 9-da Baş nazir təyin olunmuşdu.