BAKI, 3 oktyabr. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın paytaxtı Dəməşqin qərb və cənub ərazilərinə hücum edib.
Teleqraf xəbər verir ki, məlumatı “Al Mayadeen” telekanalı yayıb.
Bildirilib ki, İsrail qırıcıları raketləri qonşu Livan hava məkanından buraxıb. Ən azı səkkiz raket zərbəsi Dəməşqin Əl-Kisva qəsəbəsi istiqamətində qeydə alınıb.
Hazırda hücumun nəticələri barədə məlumat yoxdur.
Xatırladaq ki, İsrailin Dəməşqə son hava hücumu avqustun 27-də baş vermişdi. Həmin vaxt şəhərin qərbində yerləşən Suriya ordusunun qərargahı və Cəbəl əl-Mania dağındakı hərbi obyekt hədəfə alınmışdı.