BAKI, 23 sentyabr. TELEQRAF

Avropa ölkələri miqrasiya böhranı səbəbindən cəhənnəmə doğru gedir.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, “açıq sərhədlərlə uğursuz sınaq” başa çatmalıdır.

"İnanın, mən bu məsələləri çox yaxşı başa düşürəm. ABŞ-də biz nəzarətsiz immiqrasiyaya tez son qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər kəsi saxlayıb deportasiya etməyə və qeyri-qanuni mühacirləri qovmağa başlayandan sonra onlar sadəcə olaraq gəlməyi dayandırdılar", - Ağ Ev rəhbəri bildirib.