BAKI, 22 sentyabr. TELEQRAF

Türkiyənin Antalya şəhərinin Demre rayonunda tərəvəz və meyvə topdan satış bazarında partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Hadisə barədə məlumat daxil olduqdan sonra polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub.