BAKI, 22 sentyabr. TELEQRAF

Ukrayna ordusu Krımda əməliyyat həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyat zamanı Rusiyaya məxsus iki ədəd Be-12 "Çayka" tipli sualtı qayıq əleyhinə amfibiya təyyarəsi məhv edilib, çoxməqsədli Mi-8 helikopterinə isə zərbə endirilib.