BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp işgüzar səfər üçün Londona gedib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı yazıb.
Səfər zamanı onu ABŞ-nin birinci xanımı Melaniya Tramp müşayiət edib.
Amerika liderinin səfəri çərçivəsində ölkələr arasında elm, texnologiya və mülki nüvə enerjisi sahələrində əməkdaşlığa dair ümumi dəyəri 10 milyard dollardan çox olan sazişlər imzalanacaq.
