BAKI, 4 sentyabr. TELEQRAF

Ukraynanın özü üçün tələb etdiyi təhlükəsizlik zəmanətləri Avropa qitəsi üçün "təhlükə zəmanətləri"dir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Kiyev liderinin ideyaları tamamilə qəbuledilməzdir. Onlar Ukraynanı ölkəmizə qarşı terror, təxribat üçün bir platforma olaraq saxlamağa yönəlib. Bunlar Ukraynanın təhlükəsizliyinin deyil, Avropa qitəsi üçün təhlükənin zəmanətləridir", - diplomat dedi.