BAKI, 1 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp Alyaskada keçirilən sammit zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə dair razılığa gəlməyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"İndiyə qədər mətbuatda yayılanlar bizim razılaşdığımız şeylər deyil. İndi üçtərəfli görüşdən, Putinlə Zelenski arasında görüşdən çox danışılır, amma bildiyimə görə, Putinlə Tramp arasında bununla bağlı heç bir razılaşma olmayıb", - Kreml sözçüsü qeyd edib.