BAKI, 30 avqust. TELEQRAF
Avropa İttifaqı xarici işlər nazirliklərinin rəhbərləri 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı heç bir praktiki qərar qəbul etməyiblər və müzakirə gələn həftə davam etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Kopenhagendə keçirilən qeyri-rəsmi görüşün yekunlarını şərh edən Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.
"Biz 19-cu sanksiyalar paketi ilə bağlı çox intensiv müzakirələr apardıq, "kölgə donanmasına" qarşı məhdudiyyətləri, Rusiyanın bank və enerji sektorlarına qarşı ikinci dərəcəli sanksiyaları, o cümlədən ticarət tariflərini və digər məhdudiyyətləri müzakirə etdik. Gələn həftə mən Aİ ölkələrinə yeni təkliflər təqdim edəcəyəm", - Kaya Kallas qeyd edib.