BAKI, 22 avqust. TELEQRAF

Avqustun 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Unechski rayonunda yanacaq infrastrukturu obyektlərinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomazın məlumat verib.

Məlumata görə, raketlərlə həyata keçirilən hücum nəticəsində yanğın baş verib.

Zərbə MLRS "Hymers" və reaktiv pilotsuz uçuş aparatları ilə həyata keçirilib.