BAKI, 21 avqust. TELEQRAF

ABŞ Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanətlərinin təmin edilməsində minimum rol oynayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Bildirilir ki, ABŞ-nin müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Vaşinqtonun NATO üzrə müttəfiqlərini bu barədə məlumatlandırıb.

Nəşrin qiymətləndirməsinə görə, bu, Avropanın Ukraynada dayanıqlı sülhün qorunması yükünü öz üzərinə götürməli olduğuna dair ən aydın siqnallardan biri olub.