BAKI, 21 avqust. TELEQRAF
ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməyə davam edir, lakin onlar hələ hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
"Ukraynalılar təhlükəsizlik zəmanətləri istəyirlər. Biz onların üzərində işləyirik, lakin hələ hamısını hazırlamamışıq", - siyasətçi bildirib.
O, bu zəmanətlərin təfərrüatını açıqlamayıb.