BAKI. 16 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskada görüş başlayıb.
Teleqraf xəbər verir ki, toplantı Alyanskanın Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında keçirilir.
Görüşün əsas mövzusu Ukraynada müharibənin dayandırılması və ABŞ ilə Rusiya arasında münasibətlərin normallaşdırılmasıdır.
Qeyd edək ki, ABŞ nümayəndə heyətində dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və başqaları var.
Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və başqaları daxil olub.
Xatırladaq ki, V.Putin və D.Tramp sonuncu dəfə 2018-ci il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşüblər.









