BAKI, 16 avqust. TELEQRAF

Danışıqlar bitdikdən sonra ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin mətbuat üçün açıqlama verəcəklər.

Teleqraf xəbər verir ki, onlar mətbuat konfransında sinxron tərcümə ilə anlaşacaqlar.

Brifinq üçün hazırlıqlar başlayıb.

***

00.56

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Ukraynanın formalaşmasının "süni mahiyyətini sübut edən" xəritələr və tarixi materiallar verib.

Teleqraf xəbər verir ki, məlumatı "Reuters" yayıb.

***

00.23

ABŞ Prezidenti Donald Trampla və Rusiya Prezidenti Vladimir Putinin söhbəti bir saatdan çox davam edir.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda danışıqlar "üçün üçə" formatında aparılır, lakin iki ölkə liderləri Alyaskaya gəldikdən sonra aerodromda söhbətə başlayıblar.