BAKI, 15 avqust. TELEQRAF
Qırğızıstanın Çolpon-Ata şəhərində Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilib.
Teleqraf xəbər verir ki, toplantı iki gün davam edib.
İclasda Aİİ çərçivəsində birja əqdlərinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi avadanlıqların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə olunub.