BAKI, 14 avqust. TELEQRAF
ABŞ Ukraynada sülhün əldə olunması üçün hər şey edəcək, lakin sülhlə bağlı yekun qərarı Moskva və Kiyev verməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Sabah hər şey aydın olacaq, söhbətin necə getdiyini görəcəyik. Sülhə ümid edirik. Biz buna nail olmaq üçün əlimizdən gələni edəcəyik, amma son nəticədə Ukrayna və Rusiya bu barədə razılığa gəlməlidirlər",- ABŞ dövlət katibi qeyd edib.