BAKI, 14 avqust. TELEQRAF

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Onlar ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə sabah Alyaskada keçiriləcək görüşünü müzakirə ediblər.